italyan voleybolçu Culiya İtumanın pəncərədən yıxılaraq ölməsi ilə bağlı araşdırmalar davam etdirilir.
Medianews.az xəbər verir ki, sözügedən hadisə İstanbulda baş verib.
Otelin daxilindəki kamera görüntülərinin araşdırılması nəticəsində müəyyən edilib ki, Culiyanın axşam saatlarında dəhlizdə telefonla danışdığı və otağın qarşısında təxminən bir saat oturub. Görüntülərdə onun üzgün və fikirli halda içəri daxil olması öz əksini tapıb.
Bildirilir ki, 19 yaşlı voleybolçu otelin 6-cı mərəbəsindən yıxılaraq dünyasını dəyişib. Onun intihar etməsi ilə bağlı səsləndirilən iddialar da araşdırlır.
Medianews.az