“Uşaq bağçalarında valideynlərdən pul tələb edilməsi halları olarsa, aidiyyəti üzrə müraciət edilməsi xahiş olunur”.
Medianews.az unikal-a istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
“Bu kimi faktlarla qarşılaşdıqda ona dərhal reaksiya veririk”, – deyə şöbə müdiri bildirib.