Rusiyanın Kamçatka vilayətində Şiveluç vulkanının püskürməsindən sonra vulkanın ən azı 50 kilometrliyində yerləşən əraziləri küllə örtülüb.
Medianews.az az xəbər verir ki, hazırda qəsəbədə təhlükə olmadığı halda rayonda həyat dayanıb.
Vulkanın ətrafında heç bir təhlükə olmasa da, bölgəyə yayılan küllər həyatı iflic edib. Bölgə rəhbərliyi magistral yolların nəqliyyatın hərəkətinə bağlandığını açıqlayıb, məktəblərin fəaliyyəti müvəqqəti dayandırılıb. Evlərin içməli su xətlərinin də zədələndiyi, kranlardan palçığın axdığı və sakinlərə təmiz suyun verilməsinə cəhd edildiyi açıqlanıb.
Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsinin Vulkan Elmi və Seysmologiya İnstitutunun direktoru Aleksey Ozerov Kamçatkada həyatı iflic edən hadisə ilə bağlı açıqlama verərək, bölgəyə yayılan külün 6-8 santimetr qalınlığına çatdığını açıqlayıb. Sonuncu dəfə bu cür hadisə 1964-cü ildə baş verib. Səhiyyə işçiləri əhalini evdən çölə çıxmamaları ilə bağlı xəbərdarlıq edərək, qapı-pəncərələrin yaş çarşaf və dəsmallarla örtülməsini, ağciyərlərində problem olanların isə yaxınlıqdakı səhiyyə müəssisələrinə müraciət etmələrini istəyib.
Medianews.az az