Kristal Radd adlı 28 yaşlı gənc qadının başına gələnlər dünyada səs-küyə səbəb olub.
Medianews.az xəbər verir ki, İngilis DailyMail qəzetində çıxan xəbərə görə, Rudd barmağında ağrılı sızanaq görüb və onu steril iynə ilə çıxarmağa çalışıb.
Ağrının daha da şiddətləndiyini görən qadın xəstəxanaya gedib. Burada həkimlər sızanaqların səbəbini ağcaqanad dişləməsi ilə əlaqələndiriblər.
Bir neçə antibiotik qəbul edib evə gedən gənc qadının sızanaqları şişməyə davam edib.
Barmağının daim ağrıdığını bildirən gənc qadın:
“Ağrı dirsəklərimə qədər idi, qolumu tərpədə bilmirdim. Barmağım partlayacaq kimi hiss edirdim”.
Həyat yoldaşı ilə birlikdə yenidən xəstəxanaya qayıdan qadın analiz verdikdən sonra həkimlər qadının barmağında şişin qara hörümçəkdən qaynaqlandığını bildirib.
Təcili əməliyyata aparılan qadının barmağından zəhər cərrahi müdaxilə ilə çıxarılıb.
Medianews.az