Mingəçevir şəhərində qadını maşın vurub.
Medianews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saat 08 radələrində Mingəçevir şəhəri ərazisində Murad Yusifov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1969-cu il təvəllüdlü Mətanət Əzizovanı vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, M.Əzizova Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibb bacısı işləyib. Hadisə baş verən zaman o işə gedirmiş. Bu barədə oxu.az saytı məlumat yayıb.