Bazar ertəsi, 5 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Gənc oğlan məktəbli qızı gecə yarımçıq tikiliyə apardı: “Aldatdı ki…” – Şok təfərrüat

Aytac
12/04/2023 23:08
568
BAXIŞ
FacebookTwitterTelegram

Bakının Xəzər rayonunda 2004-cü il təvəllüdlü Məmməd yetkinlik yaşına çatmayan Ləman (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

Medianews.az  teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 24 may 2022-ci ildə, gecə saat 1 radələrində rayonun Şağan qəsəbəsində, yeni yaşayış sahəsində baş verib.

Məmməd tikilinin içərisində olan otaqda heç bir zor tətbiq etmədən əvvəlcə on dörd yaşına çatmayan 2010-cu il təvəllüdlü Ləmanla könüllü olaraq dodaqlarından, boynundan öpüb, daha sonra onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2020-ci ildə orta məktəbin 9-cu sinifini bitirib: “Lakin sonrdan məktəbə getmədim. Ləmanı təxminən 2022-ci ilin may ayının 9-10 tarixindən tanımışam. Ləman orta məktəbin 6-cı sinif şagirdi olub. Onunla vatsapda yazışmışıq”.

“Bildirdim ki, gəl, hardasa görüşək”

Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 23-də saat 18 radələrində Ləmanla vatsap vasitəsi ilə yazışıb: “Bildirdim ki, gəl, hardasa görüşək. Razılıq əsasında həmin günü Mərdəkan qəsəbəsində yerləşən “Günel” ticarət mərkəzinin yaxınlığındakı parkda görüşərək gəzişdik. Söhbət zamanı Ləman bildirdi ki, onun üçün bir günlük ev tapım, orada qalsın, evə getməsin. O, həmin evdə yaşamaqla özü bildiyini edəcəyini dedi.

Bu əməlin düzgün olmadığını, belə etməməsini nə qədər bildirsəm də, fikrindən çəkinmədi. Hətta bildirdi ki, evə getmiş olsa atası onu öldürəcək. Mən dükandan su, şirniyyat aldım. Biz bir qədər birlikdə gəzdikdən sonra Ləmanı öz evlərinə aparmaq fikrinə düşdüm.

Bir neçə dəfə cəhd etdim ki, Ləmanı evlərinə yola salım. Hər dəfə məhəllələrinə çatar-çatmaz qışqırırdı ki, özünə nəsə edəcək. Hətta təklif etdim ki, gəl gedək, atanı mən başa salacam. Buna baxmayaraq yenə də razılıq vermədi”.

“Öpmüşəm, amma cinsi əlaqədə olmamışam”

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Ləmanı öz evlərinə aparmağı, anası Əslinin Ləmanın valideynləri ilə danışmasını istəsə də, qız buna razı olmayıb: “Mən məcbur qalaraq Ləmanı Şağan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən köhnə tikiliyə apardım ki, heç olmasa həmin tikilidə qalsın, orada gecələsin.

Orada yalnız Ləmanın boğaz və dodaq nahiyəsindən öpmüşəm. Onunla hər hansı cinsi əlaqədə olmamışam”.

Məmməd bildirib ki, gmayın 24-də saat 8 radələrinədək Ləmanla birlikdə həmin boş evdə bir yerdə qalıblar: “Səhəri isə saat 8 radələrində yenə də məcburi halda Ləmanı yaşadığı evə apardım. Daha sonra bizi polis əməkdaşları Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə dəvət etdilər”.

“Mənimlə görüşmək istədiyini bildirdi”

Zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, hadisədən təxminən 1 ay əvvəl Məmmədi tanıyıb:

“Məmmədi bacısı Sevilin vasitəsi ilə tanımışam. Onunla təxminən mayın 23-dən 14-15 gün qabaq telefonla vatsap sosial şəbəkəsi vasitəsi ilə mesajlaşmışıq. Mayın 23-də saat 18 radələrində Məmməd mesaj yazaraq mənimlə görüşmək istədiyini bildirdi.

Mən əvvəlcə razılıq verməsəm də, Məmməd bacısının da yanında olduğunu dedikdə görüşə gəlməyə razılıq verdim. Mayın 23-də saat 12 radələrində görüşdük. Mən Məmməd və onun bacısı Sevillə birlikdə bir neçə saat gəzişdikdən sonra evə qayıtdım”.

“Bacısının gəlcəyini bildirdi”

Zərərçəkmişin sözlərinə görə, bundan sonra Məmməd təkrar görüşməyi təklif edib və bacısının da orada olacağını bildirib: “Həmin gün axşamüstü Mərdəkan qəsəbəsində yerləşən “Günel” ticarət mərkəzinin yaxınlığında olan parkda görüşdük. Həmin zaman Məmməd tək idi. Bacısı yanında deyildi.

Məmməddən bacısı Sevilin nə üçün gəlmədiyini və harada olduğunu soruşdum. Bildirdi ki, narahat olma, Sevil gələcək. Söhbət əsnasında Məmməd gecəni birlikdə qalmağı təklif etdi. Mən də onunla razılaşdım.

Şağan qəsəbəsində yerləşən boş evlərin birinə getdik. Artıq həmin vaxt, gecə keçmişdi, saat təxminən 1 radələri idi. Bu zaman təkrar olaraq Məmməddən Sevili soruşdum. Məmməd təkrar olaraq inam yaratması üçün bacısının gələcəyini dedi. Məmməd çaprayının üzərində mənim boyun nahiyəmdən bir neçə dəfə öpdü”.

“İtkin düşdüyünü fikirləşdik”

İş üzrə şahid qismində ifadə verən Südabənin sözlərinə görə, 2010-cu il təvəllüdlü Ləman onun doğma qızıdır, ondan başqa 2007-ci il təvəllüdlü Könül adında bir qızı da var: “Ləman orta məktəbin 6-cı sinif şagirdidir Müəyyən vaxtlarda, işim az olduqda qızım Ləmanı məktəbdən götürməyə gedirəm.

Mayın 23-də günorta saatlarında Ləmanın məktəbdən çıxacağı vaxt ora getsəm də, onu məktəbdə görmədim. Bir neçə saat məktəb ərazisində dayandıqdan sonra Ləmandan xəbər almaq üçün evimə qayıtdım. Həmin gün saat 18 radələrinədək qızım evə gəlmədi.

Digər qızım Könül bildirdi ki, Ləman az öncə evə gəlib, mənim evdə olmadığımı gördü və mənə xəbər vermək üçün çıxdığını, məktəbə getdiyini deyib. Bundan sonra həyat yoldaşım işdən gəldi, Ləmanın evə gəlmədiyini gördü. Onu axtarmağa başladıq. Azyaşlı qızımın başına nəsə hadisə gəldiyini düşündük. Bu səbəbdən xəstəxanaları, müəyyən yerləri axtardıq.

Artıq qızımın itkin düşdüyünü başa düşdük və yoldaşımla birlikdə Xəzər rayin Polis İdarəsinin 1-ci polis şöbəsinə getdik. Ərizə ilə qızımın itkin düşməsi barədə müraciət etdik.

Səhəri gün Ləman evə gəldi. Bizə məlum oldu ki, gecəni Məmməd adlı şəxslə hansısa evdə qalıb. Daha sonra bizə qızımın deməsindən məlum oldu ki, Məmməd Ləmanı bacısı Sevilin də onların yanına gələcəyinə inandırıb və Şağan qəsəbəsində bir evə aparıb”.

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. Məmməd 2 il 6 ay 24 gün müddətinə azadlıqdan məhrum edilib.

DAHA ÇOX OXU

Cəmiyyət

Hava ilə bağlı ciddi XƏBƏRDARLIQ – Bu tarixdən…

05/06/2023 18:04
export

Dənizdə boğulan 14 yaşlı Məhəmmədin FOTOSU

05/06/2023 17:47
export

Müdir köməkçisi olan 35 yaşlı kişi məktub yazaraq ÖZÜNÜ ASDI

05/06/2023 16:54
export

Buzovları güllələyib çuxura atdılar – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

05/06/2023 16:49
export

İşə götürülmədikləri üçün bələdiyyə binasına hücum etdilər – VİDEO

05/06/2023 16:43
export

ŞOK GÖRÜNTÜLƏR: Tikilməkdə olan körpü belə uçdu – ANBAAN VİDEO

05/06/2023 16:40
SON XƏBƏR

Döyüş təyyarəsi dövlət sərhədinə yaxınlaşıb

Qadın məzardan insan səsi eşitdi və... - FOTO

Emre Mora Avropadan gözlənilməz təklif

Xəbər lenti

Hava ilə bağlı ciddi XƏBƏRDARLIQ – Bu tarixdən…

05/06/2023 18:04

Dənizdə boğulan 14 yaşlı Məhəmmədin FOTOSU

05/06/2023 17:47

Müdir köməkçisi olan 35 yaşlı kişi məktub yazaraq ÖZÜNÜ ASDI

05/06/2023 16:54

Buzovları güllələyib çuxura atdılar – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

05/06/2023 16:49

İşə götürülmədikləri üçün bələdiyyə binasına hücum etdilər – VİDEO

05/06/2023 16:43

ŞOK GÖRÜNTÜLƏR: Tikilməkdə olan körpü belə uçdu – ANBAAN VİDEO

05/06/2023 16:40

ABŞ-da yaşayan qadın süni intellekt ilə yaratdığı adamla evləndi – FOTO

05/06/2023 16:29

“Get, əlini anana qaldır”

05/06/2023 16:23

Səfirliyin pulunu qumarda uduzan attaşe həbs olundu

05/06/2023 16:23

Bakı Beynəlxalq Avtovağzal Kompleksinə sözçü təyin edilib

05/06/2023 16:10

Türkiyədən Naxçıvana təbii qaz xətti çəkiləcək – Dövlət Proqramı

05/06/2023 16:06

Ceyhun Bayramovdan İranda saxlanılan tələbə ilə bağlı AÇIQLAMA

05/06/2023 15:51

Nardaran və Bakıxanovda əməliyyat keçirilib, 75 nəfər saxlanılıb

05/06/2023 15:42

Dünya Bankı Azərbaycan üzrə yeni regional menecer təyin etdi

05/06/2023 15:38

Ağdamda 25 yaşlı qız özünü asdı

05/06/2023 15:35

İlham Əliyevdən Naxçıvanla bağlı MÜHÜM SƏRƏNCAM

05/06/2023 15:33

İyunun 6 və 7-si ilə bağlı XƏBƏRDARLIQ

05/06/2023 15:26

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı ən tarixi yarışlardan biri kimi yadda qalacaq”

05/06/2023 15:15

AzTV-nin solisti açıq-saçıq FOTOları ilə gündəm oldu

05/06/2023 15:00

Rusların agent şəbəkəsi ifşa edildi

05/06/2023 14:57

Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: “Xəstə uşağım var” adı ilə vətəndaşları belə aldadır – ŞOK FAKTLAR

05/06/2023 14:48

Azərbaycanda qadını rüsvayedici məlumatlarla şantaj etdilər

05/06/2023 14:40

Bu kəndə çəyirtkələr HÜCUM ETDİ – FOTOLAR

05/06/2023 14:36

Kişinin meyiti il yarım sonra evində tapıldı – Görənlər ŞOKA DÜŞDÜ

05/06/2023 14:32

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.