Səudiyyə Ərəbistanı Al-Jawf bölgəsində güclü dolu və leysan yağış hərəkətdə olan bir maşının şüşəsinin qırılmasına səbəb olub.
Medianews.az xəbər verir ki, Mülki Müdafiə Baş İdarəsindən verilən açıqlamada, əlverişsiz hava şəraiti səbəbindən baş verə biləcək ani sel fəlakətlərinə qarşı diqqətli olmağa çağırış edilib. Sakinlərə isə mümkün qədər evdə qalmaları tövsiyə olunub.
Bələdiyyəyə bağlı təcili yardım qrupları daş və dolunun yollardan çıxarılması üçün işlərə başlayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının meteorologiya xidməti ötən həftənin bazar günü, həftə ərzində bir çox bölgəyə təsir edəcəyi gözlənilən dolu, daşqın və tufanlar barədə xəbərdarlıq edib.
Fərid Abbas
Medianews.az