Türkiyənin Qaziantepin şəhərində dəhşətli hadisə baş verib.
Medianews.az xəbər verir ki, psixoloji problemlərdən əziyyət çəkdiyi iddia edilən gəncin küçənin kənarında ağacdan asılmış halda meyiti tapılıb.
Şehitkamil qəsəbəsinin Aktoprak məhəlləsində baş verən hadisədə gənc oğlanın ağacdan asıldığını görən vətəndaşlar vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər. Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu polis və sağlamlıq qrupu göndərilib. Hadisə yerinə gələn sağlamlıq qrupları ağacdan asılan gəncin öldüyünü müəyyən edib.
Ağacda asılan 23 yaşlı Erdem Ç.-nin psixoloji problemlərinin olduğu iddia edilib. Hadisə ilə bağlı geniş miqyaslı istintaq başladıldığı bildirlib.
Medianews.az