Cənubi Koreya meşə yanğını ilə mübarizə aparır.
Medianews.az xarici mediaya istinadla bildirir ki, Cənubi Koreyanın Qanqvon əyalətinin qubernatoru Kim Jin-tae bildirib ki, Qanqnunun mərkəzi hissəsindəki dağlıq ərazidə başlayan yanğını söndürmək üçün bölgəyə 700-dən çox yanğınsöndürən və 300 maşın göndərilib.
Yanğın zamanı azı 44 evə ziyan dəyib, 300-dən çox sakin təxliyə edilib.
Qeyd edək ki, güclü küləklər yanğının miqyasının daha da böyüməsinə və yanğınsöndürənlərin işinə maneçilik törədir.
Medianews.az