İstanbulda dəhşətli hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, Ahmet Polat və Abdulhamit Polat adlı şəxslər mağazanın qarşısında qadınlara sataşıblar.
Onlara reaksiya verən dükançılarla da mübahisə edən iki nəfər daha sonra maska taxıb geri qayıdaraq mağazaya atəş açıblar. Həmin anlar təhlükəsizlik kameralarına düşüb. Həbs edilən iki şübhəli barəsində aparılan istintaq tamamlanıb.
Ahmet Polatın 21 ilədək, Abdulhamit Polatın isə 18 ilə qədər həbsi tələbi ilə iddia qaldırılıb.
Medianews.az