Rusiyanın Sankt-Peterburq şəhərində maraqlı oğurluq hadisə yaşanıb.
Medianews.az SHOT telegram kanalına istinadla xəbər verir ki, oğurluq Veteranov prospektində yerləşən mobil telefon mağazalarından birində baş verib.
Belə ki, bir şəxs mağazaya girir, salamlaşır və satıcıdan ona telefon göstərməsini xahiş edir. Qız açarları almağa gedərkən o, silahı çıxarır və ona tərəf tuşlayır. O, sakit səslə kassadan bütün pulları tələb edib, işçini toxunmayacağına inandırıb, bundan sonra gözlənilməz jest edir:
“Narahatçılığa görə, üzr istəyirəm. Üç dəqiqə düyməni basmayın”.
Stolun üstünə bir-iki əskinas qoyub, pulun qalan hissəsini kassadan götürüb gedir.
İndi isə nəzakətli quldur axtarırlar, dəymiş ziyan müəyyənləşdirilir.
Medianews.az