“Komedixana”nın tanınmış siması, aktrisa Xəyalə Quliyeva Medianews.az -a açıqlamasında yaratdığı obrazlardan danışıb:
“İstedad yoxdursa, onu sonradan çıxarmaq olmaz. Əgər tamaşaçı bu gün məni “Komedixana”dakı obrazlarımla tanıyırsa, demək bu istedad məndə olub. Bir söz var, deyirlər “uşaqlar var şərait yoxdur”. Demək ki mənim də özümü realizə etmək üçün şəraitim olmayıb. Mən 10 il komediya janrında olan “Bacanaqlar” serialında çəkilmişəm. Orada fırıldaqçı Talehin arvadını, daha sonra “Qız atası”nda fırıldaqçı Çingizin sakit arvadını oynamışam. Yəni deməyim odur ki, bu obrazdan, qəlibdən çıxa bilmirdim. Bəlkə də ona görədir ki, özümü fərqli aspektdən göstərə bilməmişəm. 20 ildə tamaşaçı məni belə görüb.
“Komedixana”da isə özümü göstərdim. Onda sonra dedilər ki, sən demə, Xəyalənin istedadı var imiş. 20 il gördüm ki, monoton rol oynamışam. Burada isə hər şey oynadım. Əslində, rejissorluğu bitirmişəm. O vaxtdan bilirdilər ki, qabiliyyətim var. Aparıcılıqla başladım, bəlkə ona görə məni aktrisa kimi qəbul eləmədilər. Amma indi “Komedixana”da özünü başqa obrazlarda göstərməyə imkan və şərait yaranıb. Bu da məni məmnun edir”.
Medianews.az