Bazar ertəsi, 5 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Nazpəri Dostəliyevadan ağır ittiham – VİDEO

LEYLA
09/04/2023 18:58
69
BAXIŞ
FacebookTwitterTelegram

“Yaxşı olmağa çalışıram. Bu da Allahın bir imtahanıdır. Allah sevdiyi insanları imtahana çəkir. Görsün ki, onlar onun sevgisinə layiqdirlər… Düşünürəm ki, Allahın sevgisinə layiqəm ki, mənə bu imtahanları göstərdi və mən bu imtahanlardan alnıaçıq, üzüağ çıxa bilirəm. Çünki bu güc və bu qüvvə hər insanda olmur”.

Gundem.az  day.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu “Günaydın Azərbaycan!” səhər şousunda deyib.

Ailə üzvlərini arda-arda itirən sənətçi bu acı ilə barışdığını və daha da möhkəm olduğu bildirib:

“Mənim bir tərəfim əzab, əziyyət üçün yaranıb, digər tərəfim isə sənət, səhnə, mədəniyyətimiz üçün yaranıb. Yəni əlli-əlliyə… Çox çətindir… Gərək bunu çiyinlərində daşıya biləsən”.

Dostəliyevanın sözlərinə görə, dünyasını dəyişən bacısı Zeynəblə onun münasibətlərinin korlanmasına səbəb televiziya kanallarının birində çalışan şəxs olub:

“Televiziya kanallarının birində işləyən bir şəxs, kimliyini deməyəcəm, dünyasını dəyişən bacım Zeynəbə söyləyirdi ki, sənin yolunu kəsən, efirə buraxmayan öz bacın Nazpəridir. Belə insanlar çoxdur. O şəxslə üz-üzə gəlmişəm. Elə onun yanında zəng vurdum, amma o, qaçdı sözündən. Bacım Zeynəb əsəbiləşdi.

Dedim ki, məni bacım Zeynəbə qarşı doldurursan. Ayıb olsun, o şəxsə! İndi düzdür çıxıb kanaldan, işləmir. Sözlərimsə özünə çatacaq. Onun adını niyə çəkmirdim, çünki bacım dərhal onların sözlərinə inanırdı, pafoslu danışardı, əsəbi idi, bir sözlə özgəyə inanırdı.

Misal üçün o şəxs yox, lap yüz min adam o sözləri mənə desəydi “Bir kəlimə deyərdim ki, o, mənim bacımdır. Sizə inanmıram”. Bacım Zeynəb tez-tez söyləyərdi ki, əti dırnaqdan ayırmaq olmaz. O insan bu gün də yaşayır. Onu bağışlayıram, amma onu olduğu kimi tanıyıram. Hər görüşümdə onu utandırıram, başını qaldıra bilmir. Bu gün də elədir. Hansısa məclisə mən gələndə, o qaçıb gedir”.

Proqramın gedişatında verilişin aparıcısı Xoşqədəm Hidayətqızının “Bacınız Zeynəblə aranızda yaşanan bu məsələlərdən sonra necə barışdınız?” sualına Nazpəri belə cavab verib:

“Bağda uşaqların ad günü idi. Dedim ki, bacı, gəl bizə. Söylədi ki, gəlməyəcəyəm. Cavab olaraq dedim ki, mən balaca bacınam, haqsız yerə incimisən, gəl, izah edim sənə bu məsələni. O gəldi, biz oturub danışdıq, qucaqlaşdıq, ağladıq.

Zeynəb söylədi ki, gör necə kar və kor olmuşam ki, kimlərinsə sözünə inanıb bu cür bacımın ürəyini qırmışam. Söylədim ki, canım da sənə qurbandır. Hər şeyi qoyuram bir kənara. Bir şeyi bilmək lazımdır ki, biz bir atanın və bir ananın övladlarıyıq.

Səndən də mənə çox sözlər deyirdilər. Amma mənim bir cavabım vardı “Zeynəb mənim bacımdır. Hətta belə bir iş olsa belə, ona icazə verirəm, danışsın, amma sənə yox”. Zeynəb hər sözə inanan insan idi”.

Qeyd edək ki, Z.Dostəliyeva ötən ilin dekabr ayında resperator qrip virusuna yoluxub. Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilən sənətçinin qəfil vəziyyəti pisləşib. Böyrəkləri və qaraciyəri fəaliyyətini dayandırıb. Həkimlərin müdaxiləsinə baxmaraq, Zeynəb Dostəliyevanın həyatını xilas etmək mümkün olmayıb.

DAHA ÇOX OXU

export

ŞOK GÖRÜNTÜLƏR: Tikilməkdə olan körpü belə uçdu – ANBAAN VİDEO

05/06/2023 16:40
Dünya

ABŞ-da yaşayan qadın süni intellekt ilə yaratdığı adamla evləndi – FOTO

05/06/2023 16:29
Magazin

“Get, əlini anana qaldır”

05/06/2023 16:23
Dünya

Səfirliyin pulunu qumarda uduzan attaşe həbs olundu

05/06/2023 16:23
export

Türkiyədən Naxçıvana təbii qaz xətti çəkiləcək – Dövlət Proqramı

05/06/2023 16:06
1-MANŞET

Ceyhun Bayramovdan İranda saxlanılan tələbə ilə bağlı AÇIQLAMA

05/06/2023 15:51
SON XƏBƏR

Alp dağlarında qar uçqunu oldu, ölənlər var

Sənət yoldaşları mərhum Xalq artisti haqqında: “Səhhətindən şikayəti yox idi, çox qəfil itki oldu” - VİDEO

Məşhur aktrisa çılpaq fotosunu paylaşdı – FOTO

Xəbər lenti

ŞOK GÖRÜNTÜLƏR: Tikilməkdə olan körpü belə uçdu – ANBAAN VİDEO

05/06/2023 16:40

ABŞ-da yaşayan qadın süni intellekt ilə yaratdığı adamla evləndi – FOTO

05/06/2023 16:29

“Get, əlini anana qaldır”

05/06/2023 16:23

Səfirliyin pulunu qumarda uduzan attaşe həbs olundu

05/06/2023 16:23

Bakı Beynəlxalq Avtovağzal Kompleksinə sözçü təyin edilib

05/06/2023 16:10

Türkiyədən Naxçıvana təbii qaz xətti çəkiləcək – Dövlət Proqramı

05/06/2023 16:06

Ceyhun Bayramovdan İranda saxlanılan tələbə ilə bağlı AÇIQLAMA

05/06/2023 15:51

Nardaran və Bakıxanovda əməliyyat keçirilib, 75 nəfər saxlanılıb

05/06/2023 15:42

Dünya Bankı Azərbaycan üzrə yeni regional menecer təyin etdi

05/06/2023 15:38

Ağdamda 25 yaşlı qız özünü asdı

05/06/2023 15:35

İlham Əliyevdən Naxçıvanla bağlı MÜHÜM SƏRƏNCAM

05/06/2023 15:33

İyunun 6 və 7-si ilə bağlı XƏBƏRDARLIQ

05/06/2023 15:26

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı ən tarixi yarışlardan biri kimi yadda qalacaq”

05/06/2023 15:15

AzTV-nin solisti açıq-saçıq FOTOları ilə gündəm oldu

05/06/2023 15:00

Rusların agent şəbəkəsi ifşa edildi

05/06/2023 14:57

Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: “Xəstə uşağım var” adı ilə vətəndaşları belə aldadır – ŞOK FAKTLAR

05/06/2023 14:48

Azərbaycanda qadını rüsvayedici məlumatlarla şantaj etdilər

05/06/2023 14:40

Bu kəndə çəyirtkələr HÜCUM ETDİ – FOTOLAR

05/06/2023 14:36

Kişinin meyiti il yarım sonra evində tapıldı – Görənlər ŞOKA DÜŞDÜ

05/06/2023 14:32

Bakıda dəhşətli qəza – VİDEO

05/06/2023 14:07

“Məni boşasa da, sizi gəlib almayacaq”

05/06/2023 13:42

Dondurma almaq istəyən turistlər satıcının bu hərəkəti ilə ŞOKA DÜŞDÜ – VİDEO

05/06/2023 13:27

3 yaşlı uşaq görün ilana NƏ ETDİ – VALİDEYNLƏRİ ŞOKDA

05/06/2023 13:11

Gənc cüdoçunu öldürməkdə təqsirləndirilən Ruslan Səfixanovdan YENİ XƏBƏR

05/06/2023 13:08

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.