Alp dağlarında qar uçqunu nəticəsində 4 nəfər ölüb.
“Qafqazinfo” xəbər verir ki, bunu Fransanın daxili işlər və xarici ərazilər naziri Cerald Darmanin deyib.
O bildirib ki, hadisə Armansette buzlağında baş verib. Nəticədə 4 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə iki helikopter, və çox sayda xilasedici cəlb olunub.