Əməkdar mədəniyyət işçisi, tanınmış publisist Telli Pənahqızının “Facebook” səhifəsi oğurlanıb.
Medianews.az xəbər verir ki, səhifəni ələ keçirən şəxs publisistin sosial şəbəkə hesabındakı dostlarına yazaraq onlardan telefon nömrələrini və bank kartlarını istəyir.
Eyni mesajı aldığımız halda biz də Telli Pənahqızına müraciət etdik. Bizimlə söhbətində şairə həmin profili idarə edən şəxsə inanamamağımızı xahiş etdi:
“12 gündür ki, mənim əvvəl işlətdiyim Facebook səhifəm oğurlanıb. Səhiəmi idarə edən o alçaq fırıldaqçının göndərdiyi mesaj və bildirişlər gəlməkdə davam edir. Bir çox dostlarımın da təəssüf ki, səhifəsinə müdaxilə olunub.
Hər kəsdən rica edirəm ki, sizdən kod, telefon nömrəsi, kart nömrəsi və s.istəyən o yaramaza inanmayın! O mənim adımdan sizə nəsə yazacaq, nəsə istəyəcək, o fırıldaqçıya uyub cavab verməyin ki…səhifəniz əldən getməsin, əsəbiniz korlanmasın, narahatçılıq keçirməyəsiniz!”.
Medianews.az