“Gürcüstanda ölürəm”.
Bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
Onun səhhəti həbsxanada pisləşib.
Medianews.az xəbər verir ki, bu barədə siyasətçinin özü Politico üçün müsahibədə məlumat verib .
Gürcüstanın keçmiş liderinin sözlərinə görə, o, ölür.
Saakaşvili qeyd edib ki, səkkiz illik sürgündən sonra 2021-ci ildə Gürcüstana qayıdan kimi sağlam və enerjili insan olub və indi vəziyyət daha da pisləşib:
“Gürcüstan hakimiyyəti tərəfindən saxlandım və həbs olundum, o vaxtdan həbsxanada səhhətim sürətlə pisləşdi. İndi həbsdə üzə çıxan 20-dən çox ağır xəstəlikdən əziyyət çəkərək ölürəm” dedi .
Keçmiş Gürcüstan lideri onun vəziyyətinə görə Rusiya hakimiyyətinin məsuliiyət daşıdığını bildirib. Saakaşvilinin fikrincə, o ölərsə, Gürcüstanda “siyasi xaos” yaranacaq.
Medianews.az