Bartın vilayətinin Çakırlar rayonunun Dallıca kəndində, 3 mərtəbəli binada yanğın baş verib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş verən yanğında aktyor Şehsuvar Aktaşın atası Yücel Aktaş (86) və ögey anası Nesrin Aktaş (83) həyatını itirib.
Məlumata görə, saat 05:00 radələrində kəndin ucqar hissəsindəki evin yandığını görənlər yanğınsöndürənlərə və sağlamlıq qruplarına məlumat veriblər. Yanğını 2 saat sonra söndürmək mümkün olub.
Evin 2-ci mərtəbəsində yaşayan təqaüdçü cütlüyün tüstüdən zəhərlənərək öldüyü müəyyən edilib.