Özbəkistanda boya materialları daşıyan yük maşınının aşaraq yanması nəticəsində baş verən qəzada 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Medianews.az xəbər verir ki, Yola tökülən boya alovlanarkən hadisə yerinə yanğınsöndürənlər göndərilib.
Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada dəhşətli qəzada yük maşınının sürücüsünün həyatını itirdiyi, 6 nəfərin yaralandığı bildirilib.
Təhlükəsizlik kamerasına əks olunan qəza anlarında yük maşınının aşması ilə yanğının başladığı və alovun yolun hər iki zolağını bürüdüyü görülüb.
Medianews.az