Asfalt qatının qəfildən çökməsi səbəbilə 4 nəfər xəsarət alıb.
Medianews.az xəbər verir ki, hadisə Rusiyada yaşanıb.
Sankt-Peterburq şəhərinin Drovyanaya küçəsində asfaltın çökməsi nəticəsində avtomobildə sürücü və 10 yaşlı oğlu yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, digər uşaq isə xəsarətdən xilas olub.
Hadisəyə yerin altındakı isti su borularının partlamasının səbəb olduğu deyilir.
Şahidlərin lentə aldığı kadrlarda küçənin ortasında əmələ gələn çuxurdan buxarların çıxdığı görülüb.
Küçə müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb. Ərazidə xüsusi texnika avtomobilləri hərtərəfli təmizləmə tədbirləri görməyə başlayıb.
Aytac Şahin
Medianews.az