Türkiyənin Muğla şəhərində sevgilisi ilə mübahisə etdikdən sonra “Səni heç vaxt aldatmadım” deyərək video çəkən gənc qız intihar edib.
Medianews.az xəbər verir ki, 21 yaşlı Bahar C. Asar dağında qayalardan tullanaraq həyatına son qoyub.
Menteşe qəsəbəsində yaşayan Bahar C. və 21 yaşlı sevgilisi Hüseyn Ö. ilə mübahisə edib. Bahar C. mübahisədən sonra dünən saat 17.00 radələrində Asar dağına qalxaraq 50 metr hündürlüyündəki qayalıqlardan tullanıb.
Bahar C. “Mən öləndən sonra özünə qapana bilərsən. Bunu bil ki, səni heç vaxt aldatmadım, səni çox sevdim. Sevgimi sübut etmək lazımdırsa, burdayam”,-deyə çəkdiyi son videoda deyib.
Bu videonu ailəsinə də göndərən Bahar C.-nin yaxınları 112 Təcili Zəng Mərkəzinə məlumat verib. Bölgəyə gedən qruplar 5 saatlıq işdən sonra Bahar C.-nin cansız bədənini tapıblar. Bahar C.-nin cənazəsi yarılma üçün Muğla Ədliyyə Tibb Təşkilatı meyitxanasına göndərilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az