Martın 26-da saat 23:30 radələrində Türkiyənin Səlcuqlu rayonunun İhsaniyyə məhəlləsində, 30 Avqust küçəsində yerləşən Manolya yaşayış binasında hadisə baş verib. Mənzildə olanlar Fatma G.-nin kirayəçi kimi oturduğu terrasın mərtəbəsindən uşağın fəryadını eşidiblər. Fatma G.-nin ev sahibi də daxil olmaqla, mənzildə olan şəxslər boş qalan qonşu mənzildən terrasa çıxıblar.
Terasın divarından atılaraq açıq eyvan qapısından evə daxil olan qonşular evin zibillə dolu yataq otağında Fatma G.-nin qızı Aseli yorğun halda yerdə görüblər. Qonşuları polisə müraciət edib. Kiçik Asel təcili yardımla Konya Şəhər Xəstəxanasına aparılıb.
Konyada zibillə dolu evdə tək tapılan 1,5 yaşlı Asel G. müalicəsinin ardından prokurorluğun göstərişi ilə Ailə və Sosial Xidmətlər İl Müdirliyinin uşaq bağçasına yerləşdirilib. Onun anası Fatma G. ilə bağlı istintaq davam edir.
Səhhəti yaxşı olan və qida çatışmazlığı səbəbindən yalnız qida əlavələri qəbul edən Asel müalicəsindən sonra evə buraxılıb. Asel prokurorluğun göstərişi ilə Ailə və Sosial Xidmətlər İl Müdirliyinə bağlı uşaq bağçasına yerləşdirilərək mühafizəyə götürülüb.
Medianews.az