Tibb bacısı 6 aylıq körpənin barmağını kəsib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Ergani Dövlət Xəstəxanasında yaşanıb.
Xəstəxanada müalicə alan 6 aylıq H.B., dünən gecə vəziyyəti pisləşdiyi üçün ailəsi tərəfindən Ergani Dövlət Xəstəxanasının Təcili Tibbi Yardım xidmətinə aparılıb. Damardaxili xətti serum üçün açılan körpənin müalicəsindən sonra tibb bacısı venadaxili xətti düzəltmək üçün istifadə olunan yapışan lenti çıxarmaq istəyib.
Lent çıxmayandan sonra tibb bacısı qayçı ilə körpənin baş barmağının ucunu kəsib. Barmağı kəsilən körpə xəstəxanada edilən ilk müdaxilənin ardından Diyarbakır Qazi Yaşargil Təhsil və Araşdırma Xəstəxanası Əl Cərrahiyyəsi şöbəsinə aparılıb.
Körpə barmağının kəsilən hissəsini bərpa olunması üçün əməliyyata alınıb,
hadisə ilə bağlı araşdırma başladılıb.
Aytac Şahin
Medianews.az