Cənubi Afrikalı pilot ölümcül kobranın oturacağının altında qıvrıldığını görüb təcili eniş etmək məcburiyyətində qalıb.
Medianews.az xəbər verir ki, yerli xəbər agentliyi Lowvelder-ə danışan pilot: “İlanın çaxnaşma yarada biləcəyindən narahat idim, ona görə də bir dəqiqə gözlədim. Sonra oturacağımın altında ilan olduğunu, ona görə təcili eniş edəcəyimizi söylədim. Xoşbəxtlikdən hamı sakit qaldı”.
Qeyd edək ki, kobra dişləməsi ölümcül ola bilər.
Sakit sayılsa da, Cape Afrikanın ən təhlükəli kobralarından biri hesab olunur.
Təyyarə sağ-salamat eniş edib.