Fransanın paytaxtı Parisdə tətil edən kanalizasiya işçiləri iş şəraitinin çətinliyinə və maaşların azlığına diqqət çəkmək üçün özləri ilə gətirdikləri ölü siçovulları Böyükşəhər Bələdiyyəsinin qarşısına yığıblar.
Medianews.az xəbər verir ki, Fransa mətbuatında çıxan xəbərlərə görə, Paris Bələdiyyəsinin siçovullarla mübarizə aparan kanalizasiya işçiləri peşələrinin daha yaxşı bir statusda yerləşdirilməsi tələbi ilə tətilə başlayıblar.
“Biz daha çox işçi heyəti və maliyyə resursları istəyirik. 10 ildə 60 dostumuzu itirdik”- deyən işçilər səslərini bələdiyyə orqanlarına çatdırmaq istədilər.