Türkiyənin Diyarbəkir vilayətində qandonduran hadisə baş verib.
Medianews.az xəbər verir ki, 22 yaşlı gənc özündən 10 yaş böyük Mehmet Faruk Turanı xəstəxananın qarşısında tapança ilə vuraraq öldürüb.
Qan donduran hadisənin səbəbinin gizli eşq olduğu ortaya çıxıb.
Belə ki, İhsan Şahin adlı gənc dini nikahda olduğu qadınla Mehmet Turanın yazışmalarını görüb. Daha sonra İ.Şahin saxta qadın hesabı açaraq onunla yazışmağa başlayıb. Mehmet Turanı görüşə çağıran İhsan Şahin Dəclə Universiteti Xəstəxanasının qarşısındakı avtobus dayanacağı yaxınlığında onu qətlə yetirib.
Hadisəni törədən şəxs əraziyə polislər gələnə qədər cəsədin yanından ayrılmayıb.
Polis əməkdaşları İhsan Şahini cinayəti törətdiyi silahla birgə saxlayıblar.
Aytac Şahin
Medianews.az