Türkiyənin Bursa şəhərində ‘dayan’ xəbərdarlığına tabe olmayan Adem S. avtomobili ilə polis məmuru Z.Y.-ni vurub.
Medianews.az xəbər verir ki, hadisə zamanı polis məmuru Z.Y. ağır yaralanıb.
Həmin anlar arxadan gələn avtomobilin kamerasına düşüb.
Hadisədən sonra araşdırmaya başlayan polis qrupları Adem S.-ni gizləndiyi yerdə yaxalayıb. Müxtəlif cinayətlər törətdiyi də müəyyən edilən Adem S.-nin işi davam edir.
Medianews.az