Məşhur müğənni Mustafa Ceceli ilə həyat yoldaşı Selin İmer xeyirxah addım atıblar.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, cütlük zəlzələdən zərərçəkənlər üçün 10 mənzil kirayə götürərək onların ödənişlərini ödəyiblər.
Mustafa ilə Selin İstanbulda kirayələdikləri evləri sahiblərinə təhvil veriblər.
Cütlüyün bu addımı sevənləri tərəfindən bəyənilərək, rəğbətlə qarşılanıb.