Dünən axşam saatlarında Türkiyənin Konya şəhərində dəhşətli qəza olub.
Medianews.az xəbər verir ki, iftar vaxtı avtomobildə olan bir ailə qəzaya düşüb.
Avtomobilin ağaca çırpılması nəticəsində ananın öldüyü, sürücü ata və 2 uşağının yaralandığı qəzanın təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.
Sağlamlıq qruplarının ilk müdaxiləsində avtomobildə olan sürücünün həyat yoldaşı Ayşegül Karakuşun öldüyü, yaralanan sürücü Osman Karakuş və uşaqları olduğu müəyyən edilib. Onlar ilk müdaxilədən sonra müxtəlif xəstəxanalara aparılıb və müalicə olunub.
Medianews.az