Cümə, 9 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

7 il sonra – Aprel döyüşlərindən hələ də bədii film çəkilməyib…

Mehin
06/04/2023 08:49
114
BAXIŞ
FacebookTwitterTelegram

Xəyalə Rəis: “Aprel döyüşləri barədə ilkin olaraq yüksək səviyyəli ssenarilərimiz yoxdur”

44 günlük Vətən müharibəsində qazandığımız şanlı zəfərin açarı olan “Aprel döyüşləri”, yaxud dörd günlük müharibə barədə indiyə qədər hər hansı bir bədii film çəkilməyib.

Televiziyalar və aidiyyətiı kino qurumları dörd günlük Aprel döyüşlərinin qəhrəmanları barədə sənədli filmlər, verilişlər çəkiblər, amma təəssüflər olsun ki, ortada bədii film yoxdur.  Cəmiyyəti narahat edən və kino qurumlarından, televiziyalardan narazı salan məsələlərdən biri budur ki, 7 il keçməsinə baxmayaraq, Aprel döyüşləri barədə hələ bir bədii film çəkilməyib. TV-lərə ayrılan pullar bayağı seriallar çəkimləri ilə göyə sovruldu, sənədli film çəkməklə canlarını qurtardılar. Bədii film isə yoxdur, varsa da, hələ onun barəsində danışılmır.

Ortada yalnız Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) 2016-cı ildə Azərbaycan ordusunun erməni silahlıları üzərində qələbəsi ilə nəticələnən Aprel döyüşləri və Lələtəpə əməliyyatı barədə hazırladığı cizgi filmi var. Onu da çoxlarımız görmüşük. Filmdə döyüşlərdə şəhid olan qəhrəmanlarımızın görüntüləri canlandırılıb.

Aprel döyüşləri beş-altı sənədli, bir animasiya filminə sığası məsələ deyil axı…

Yeri gəlmişkən, 2020-ci ildə yerli mətbuatda gedən məlumata görə, İctimai Televizya Aprel döyüşləri ilə bağlı bədii film çəkilməsi ilə bağlı sifariş veribmiş, amma keyfiyyəti aşağı olduğu üçün film yayılmayıb. İTV tərəfindən verilən açıqlamada “Film tərəfimizdən sifariş olunmuşdu. Çəkilişlərdən sonra filmin hazır olan hissəsinə baxıldı. Aprel döyüşlərinin əhəmiyyətinin, əsgərlərimizin, ordumuzun savaşdakı şücaətinin, şəhid olan vətən oğullarının mərdliyinin, döyüşlərin siyasi vacibliyinin filmdə əks edilməsi çox aşağı səviyyədə olduğundan efirə çıxarılmamasına qərar verdik”- deyə bildirilirdi.

Aprel döyüşlərindən  7 il keçir, amma ortada bir dənə də olsun bədii film yoxdur. Lələtəpə adlı cizgi filmi çəkməklə kifayətlənmişik.

Amma Aprel döyüşləri başa çatar-çatmaz erməni separatçıları xaricdəki havadarlarının dəstəyi ilə bu döyüşlər barədə qərəzli, həqiqəti əks etdirməyən film çəkib beynəlxalq festivala göndərdilər.  Üzdəniraq “Cənnətə açılan qapılar” filminin  çəkilişləri Qarabağda və Avropada aparılıb və filmin maliyyələşməsi Ermənistanla yanaşı, Litva, Almaniya, Bolqarıstan, Çexiya, İtaliya və Avstriya tərəfindən həyata keçirilib.

Bizdə isə hələ də bir iş görülməyib, TV-lər də, Mədəniyyət Nazirliyi də, “Azərbaycanfilm” də, başqa kino şirkətləri də seyrçi mövqeyində dayanıblar, heç ssenaristlərdən də səs-səmir yoxdur…

  • “İndi biz qalib xalqıq, 30 illik bir savaşdan qalib çıxdıq, bəs niyə ortada bir qəhrəmanlıq filmimiz görsənmir?”

  • Medianews.az xəbər verir ki, Sənətşünas, baş redaktor  Xəyalə Rais “Bakı-Xəbər”ə şərhində bildirdi ki, tarixə nəzər saldıqda da müharibə qədər insan həyatına təsir edən ikinci güclü bir qüvvə olmayıb. “Həm dünya ədəbiyyatında, həm də dünya kinosunda ən dəyərli, ən nəhəng fəlsəfi fikirlər müharibə dövrünü əks etdirən əsərlərdə özünü göstərib. Yəni müharibə adi insanlardan tutmuş sənət adamlarına kimi təsirsiz ötüşmür. O ki qalmışdı zamanın  müşahidəçiləri olan kino və ədəbiyyat adamlarına… Niyə ədəbiyyat adamları da dedim? Çünki ədəbiyyat, demək olar ki, kinonun yarısıdır, işi ssenaridən keçir. Bu baxımdan düşünürəm ki, Aprel döyüşləri barədə ilkin olaraq yüksək səviyyəli  ssenarilərimiz yoxdur. Biz Aprel döyüşlərində də, ikinci Qarabağ döyüşlərində də sevincimizi, qürurumuzu, fəxarətimizi, torpaq uğrunda canından keçən oğullarımız üçün kədərimizi içimizdə yaşadıq. Könül istər ki, bu tarixi qələbədə yaşananlar bizdən sonra gələn nəsil üçün bir qəhrəmanlıq salnaməsi olsun. Olsun da, amma necə? İndiyə qədər rejissorlara sual verirdik ki, “niyə Qarabağ həqiqətlərini əks etdirən film çəkmirsiniz?” Qeyd edirdilər ki, yaxşı ssenari yoxdur. İndi biz qalib xalqıq, 30 illik bir savaşdan qalib çıxdıq, bəs indi niyə ortada bir qəhrəmanlıq filmimiz görsənmir?Əslində hər bir şəhidimizin, qazilərimizin döyüşdəki hekayələri bir ssenaridir. Amma və lakin… Filmin çəkilişinə hansı özəl şirkət maliyyə ayıracaq? Özəl şirkətlərin başı hazırda “manıs” müğənniciklərinə sponsorluq etməyə qarışıb. Rejissoların da bu filmi çəkməsi üçün kifayət qədər büdcəsi yoxdur. Əslinə qalsa, bizim yaxşı rejissorlarımız da var, aktyorlarımız da”.X.Rəis hesab edir ki, bu mövzuda filmlər üçün həm güclü ssenarilər, həm də maliyyə dayağı lazımdır. Güclü bir filmin ortaya çıxması üçün kino sahəsində beynəlxalq əməkdaşlığın da önəmli olduğunu deyən X.Raisin sözlərinə görə, bir sıra hallarda bu kimi məsələlər maliyə probleminə görə dirənib qalır.Ermənilərin qərəzli fikmlərinə gəlincə, ekspert hesab edir ki, bu filmləri ermənilərə illərdir havadarlıq edən ölkələr öz maliyyəsi ilə çəkir ki, Azərbaycana qarşı düşmən mövqelərini göstərə bilsinlər. X.Raisin qeyd etdiyinə görə, həm Aprel döyüşləri, həm də Vətən müharibəsi barədə bədii filmlərin çəkilməsi hava-su kimi lazımdır, bu həm də bizim qələbəmizin beynəlxalq aləmdə nümayişi üçün gərəklidir.

DAHA ÇOX OXU

Ölkə

Öz dilimizdə namaz qıla bilərik? – İlahiyyatçı AÇIQLADI

09/06/2023 22:20
Ölkə

Dördgünlük iş həftəsi özünü doğruldacaq? – VİDEO

09/06/2023 21:59
Ölkə

Rəşad Dağlı: “İskəndər dedi ki, 6 min manat ver, söhbət heç yerdə yayılmasın”

09/06/2023 21:20
Ölkə

Diləndirilən dörd yaşlı qız barədə ürəkağrıdan TƏFƏRRÜAT- FOTO

09/06/2023 20:59
Ölkə

Xersonda azərbaycanlılara məxsus evlər su altında qalıb – VİDEO

09/06/2023 20:40
Ölkə

Bu şəxslərin maaşları artırıldı – RƏSMİ

09/06/2023 19:59
SON XƏBƏR

Ərdoğan seçkidə məğlub olsa... - Ən pis ssenari

Pensiya alanların NƏZƏRİNƏ: Bu dəyişikliyin tətbiqi başlayır

Erməni qızı "Noldu, Paşinyan"ı oxuyanı tanıdı: yaxınlaşıb GÖRÜN NƏ DEDİ - VİDEO

Xəbər lenti

Öz dilimizdə namaz qıla bilərik? – İlahiyyatçı AÇIQLADI

09/06/2023 22:20

Dördgünlük iş həftəsi özünü doğruldacaq? – VİDEO

09/06/2023 21:59

Bakıda aptekə basqın olub, satıcıya bıçaqla zor tətbiq edilib

09/06/2023 21:40

Rəşad Dağlı: “İskəndər dedi ki, 6 min manat ver, söhbət heç yerdə yayılmasın”

09/06/2023 21:20

Diləndirilən dörd yaşlı qız barədə ürəkağrıdan TƏFƏRRÜAT- FOTO

09/06/2023 20:59

Xersonda azərbaycanlılara məxsus evlər su altında qalıb – VİDEO

09/06/2023 20:40

Bu yaxın tarixlərlə bağlı CİDDİ XƏBƏRDARLIQ

09/06/2023 20:20

Bu şəxslərin maaşları artırıldı – RƏSMİ

09/06/2023 19:59

Azər İsrafilov həbsdə intihara cəhd edib? – Rəsmi açıqlama

09/06/2023 19:40

Günel Eminli vəfat etdi – FOTO

09/06/2023 19:31

Orxan Fikrətoğluna yeni VƏZİFƏ VERİLDİ

09/06/2023 19:20

Bakıda inək prospekti bir-birinə qatdı – VİDEO

09/06/2023 18:59

Maaşlar yenidən artacaq – ŞAD XƏBƏR

09/06/2023 18:40

Azərbaycanda məktəbdə biabırçı olay: Direktor şagirdlərin fotosunu çəkib paylaşdı – FOTO

09/06/2023 18:20

Xatirənin vannadakı görüntüləri müzakirələrə səbəb oldu – VİDEO

09/06/2023 17:59

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ – Sabahdan…

09/06/2023 17:40

Prezidentdən uşaqlarla bağlı – SƏRƏNCAM

09/06/2023 17:20

Rusiya bu bölgəni atəşə tutdu – SON DƏQİQƏ

09/06/2023 17:00

Azərbaycan Ukraynaya növbəti YARDIM

09/06/2023 16:45

Tibb müəssisələrində NÖQSANLAR AŞKARLANDI

09/06/2023 16:29

“Sənin üçün ölərəm” deyib, özünü vurdu

09/06/2023 16:10

Təslim olan PKK terrorçularının ŞOK GÖRÜNTÜLƏRİ – Acından bağırsaqları deşilib (VİDEO)

09/06/2023 15:59

Demet Özdemir bu ölkənin vətəndaşı olmağa hazırlaşır – FOTOLAR

09/06/2023 15:55

Sahibsiz iti avtomobili ilə əzdi, dəfələrlə üstündən keçdi – VİDEO 23+

09/06/2023 15:50

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.