Evliliyində böhran yaşadığı iddia edilən məşhur aktyor Kıvanç Tatlıtuğ bununla bağlı açıqlama verib.
Medianews.az xəbər ki, Show TV ekranlarında rekord qıran “Ailə” serialındakı uğurlu performansı ilə böyük təsir bağışlayan Kıvanç Tatlıtuğun həyat yoldaşı Başak Dizerdən ayrıldığı iddia edilib.
Serialdakı bəzi səhnələrdən narahat olan Dizer, məşhur aktyora qəti bir dillə xəbərdarlıq etdiyi bildirilib.
İddiaların həqiqətə uyğun olmadığını bildirən məşhur aktyor “Həm evdə, həm də çəkiliş meydançasında keflər çox yaxşıdır. Biz bunu nəzərə almırıq”- deyərək deyilənləri təkzib edib.
Xoşbəxt evliliyi ilə gündəmə gələn məşhur aktyorun açıqlamaları pərəstişkarlarının içinə su səpib.