“Hicab dini və qanuni bir borcdur, onu pozmaq haramdır”.
Medianews.az xəbər verir ki, İRNA-nın məlumatına görə, bu sözləri Xamneyi paytaxt Tehranda ölkə rəsmiləri ilə görüşündə deyib.
Hicab taxmayanların bir çoxunun düşmən və casus qurumlarının bu mövzuda təxribatlarından xəbərsiz olduğunu deyən Xamneyi: “Hicabla mübarizənin arxasında kimin və hansı təşkilatların dayandığını bilsəydilər, bunu etməzdilər”.
Sözügedən problemin mütləq həll olunacağını qeyd edən Xamneyi , “Əlbəttə, düşmən planla hərəkət etdi, biz də planla hərəkət etməliyik. Qanunsuz işlərə yol verilməməlidir”.
Qeyd edək ki, ötən ilin sentyabrında İranda 22 yaşlı Məhsa Eminin ölümündən sonra ölkə boyu etirazlar başlayıb.
Etirazlarda 1979-cu ildən tətbiq edilən məcburi hicab qanununun yumşaldılması tələbləri gündəmə gəlib.
Medianews.az