Yeni evlənən şəxs və onun qardaşı televizorun partlaması nəticəsində dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, BBC-nin məlumatına görə, hadisə Hindistanda yeni evlənən cütlüyün evində baş verib.
Partlayışda bəy və qardaşı həlak olarkən, 18 aylıq körpə də daxil olmaqla 4 nəfər yaralanıb.
Hədiyyənin partlayıcılarla təchiz edildiyini bildirən polis şiddətli partlayışın baş verdiyi otağın divarlarının və evin damının uçduğunu bildirib.
Hadisənin arxasında gəlinin keçmiş sevgilinin olduğu iddia edilib.
Belə ki, polis partlayıcı qoyulmuş toy hədiyyəsinin gəlinin keçmiş sevgilisi tərəfindən göndərildiyini bildirib.
Keçmiş sevgilisi 33 yaşlı Sarju Markam 29 yaşlı gəlinlə daha əvvəl münasibətdə olub və qadına ikinci həyat yoldaşı olmasını israr edib.
Qadının ailəsinin bu evliliyi bəyənmədiyi bildirilib. Sarju Markam isə qisasını belə alıb.
Cinayəti törədən şəxs polislər tərəfindən həbs edilib.
Medianews.az