Fox News, The Wall Street Journal və New York Post kimi nəşrlərin sahibi olan 92 yaşlı Rupert Merdok nişanlandığını elan etdikdən cəmi iki həftə sonra Enn Lesli Smitdən ayrılıb.
Medianews.az xəbər verir ki, cütlüyün ayrılma xəbərini ilk olaraq Vanity Fair nəşri elan edib.
Belə ki, media maqnatı Rupert Merdok 92 yaşında beşinci dəfə evlənmək qərarına gəlib və 66 yaşlı amerikalı polis Enn Lesli Smitlə nişanlanıb.
Cütlük martın 20-də nişan xəbərindən sonra aprelin 4-də ayrıldıqlarını açıqlayıb.
Bu xəbər məşhur milyarder Merdokun nişanlısı Smitə 2,5 milyon dollar dəyərində 11 karatlıq nişan üzüyü hədiyyə etməsindən dərhal sonra yayılıb.
Məşhur milyarder nişan xəbərini açıqlayarkən sevgi mövzusunda da kifayət qədər həssas olduğunu bildirib: “Aşiq olmaqdan qorxdum, amma bunun sonuncu olacağını bilirəm. Belə olsa yaxşıdır. Mən xoşbəxtəm”.
Medianews.az