Zibil qabının yanında dirəkdən asılmış çantanın içərisində parçalanmış körpə cəsədi tapılıb.
Medianews.az xəbər verir ki, qan donduran hadisə İstanbulda baş verib.
Hadisə axşam saatlarında Səlahəddin Əyyubi rayonunda baş verib. İddiaya görə, zibil qabının yanında dirəkdən asılmış çantanı küçədə bələdiyyə təmizlik işçiləri tapıb.
Dəhşətli hadisədən sonrapolis və tibb qruplarına xəbər verilib. Tapılan cəsəd təcili yardımla Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.
Polis qrupları hadisə ilə bağlı araşdırmalarını davam etdirir. (İHA)
Aytac Şahin
Medianews.az