İstanbulda zibil qabının yanında lampa dirəyindən asılmış çantanın içində parçalanmış körpə cəsədi tapılıb.
Medianews.az xəbər verir ki, körpənin cəsədi tapıldıqdan sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib.
Qorxunc hadisə axşam saatlarında İstanbulun Səlahəddin Əyyubi məhəlləsində baş verib.
İddiaya görə, zibil qabının yanında dirəkdən asılmış çantanı bələdiyyənin təmizlik işçiləri tapıb. Çantanın içinə baxan bələdiyyə işçisi parçalanmış körpə cəsədi ilə qarşılaşıb.
Polis qrupları hadisə ilə bağlı araşdırmalarını davam etdirir.
Medianews.az