Narkotik aludəçisi olduğu iddia edilən gəncin ona pul vermədiyini əsas gətirərək mübahisə etdiyi atasına hücum etməsinin görüntüləri üzə çıxıb.
Medianews.az xəbər verir ki, əsəb böhranı keçirdiyi məlum olan gəncin bıçaqla atasına hücum etdiyi videoda görünüb.
Hücum zamanı gənc oğlan atası ilə birlikdə yerə yıxılıb. Atasının isə əlinə dəmir çubuğu alaraq özünü müdafiə etdiyi görülüb. Atası oğlunun əlindən pəncərədən atılaraq xilas ola bilib.
Medianews.az