İstanbulda tekstil firmalarının işçiləri arasında çıxan davada 43 yaşlı Canan Çimen güllələnib.
Medianews.az xəbər verir ki, hadisə aprelin 1-i şənbə günü Bağcılar Bağlar Məhəlləsində baş verib.
İddiaya görə, suriyalı Bişar Əl Mısri və Canan Çimen iki ayrı qonşu tekstil şirkəti ilə işləyirmiş. Saat 10:40 radələrində Canan Çimen iş yoldaşları ilə daşıma həyata keçirməyə hazırlaşarkən qonşu tekstil şirkətinin işçiləri maşını iş yerinin qarşısında saxlayıblar.
Bunun üzərinə iki tekstil firmasının işçiləri arasında mübahisə başlayıb. Mübahisə bir müddət sonra davaya çevrilib. Silah, beysbol bitası və dəmir parçalarının da istifadə edildiyi davada bir nəfər tapança ilə atəş açıb.
Güllə yarası alan Canan Çimen qan içində yerə yıxılıb. Məlumat verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri gəlib. Hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsində Canan Çimenin həyatını itirdiyi təyin olunub.
Hadisə ilə əlaqədar cinayət işi açılıb. Canan Çimenin öldürüldüyü silahdan istifadə edən şəxsin Bişar Əl Mısri olduğu müəyyən edilib. Misri və davada iştirak edən digrə 5 şübhəli polis qrupları tərəfindən nəzarətə alınıb.
Medianews.az