Xəbər verdiyimiz kimi, Bakıda dodağına və alnına dolğu vurduran qadın problemlə üzləşib.
Qafqazinfo xəbər verir ki, bundan sonra sifətində xoşagəlməz vəziyyət yarandığını deyən paytaxt sakini 1984-cü il təvəllüdlü V.A. hüquq-mühafizə orqanlarına müraciət edib.
O, fevralın 19-da Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən kosmetoloji mərkəzdə dodaq və alın nahiyəsinə dolğu vurduruğunu, lakin az sonra üzündə problemlərin yarandığını deyib. Şikayətçi kosmetoloq X.Mirzəyevanın məsuliyyətə cəlb edilməsini tələb edib.
V.A.-nın Nərimanov Rayon Prokurorluğuna etdiyi müraciət aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə göndərilib.
Araşdırmalar davam etdirilir.
Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini öyrəndik.
Medianews.az xəbər verir ki, qarşı tərəf bu iddiaları təkzib edərək bildirib ki, informasiya yanlışdı:
” Ancaq kosmetoloji prosedur alın nahiyəsinə olunub. Ümumiyyətlə dodağa heç bir müdaxilə olunmayıb. Əlimizdə görüntü də var ki, həmin xanıma hansı prosedur olunub. Sadəcə bəzi insanlar hədə – qorxu, santaj yolu ilə, pul almaq niyyəti ilə belə addım atırlar. Ən azından media nümayəndəsi bu yanlış informasiyanı cəmiyyətə təqdim etməmişdən öncə qarşı tərəfin də fikirlərini öyrənməli idi. Bu məsələnin həqiqətən düz yoxsa səhv olmağını mütləq araşdırmaq lazımdır “.
Medianews.az