Nigeriyada vəba epidemiyasından ölənlərin sayı 32-yə yüksəlib.
Medianews.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamada, ölkənin 12 əyalətində vəba epidemiyasının yayıldığı bildirilib.
Sözügedən bölgələrdə 922 vəba hadisəsinin görüldüyünə dair məlumatların yer aldığı açıqlamada epidemiya səbəbindən həyatını itirənlərin sayının 32-yə yüksəldiyi qeyd edilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada vəba hallarının həyəcan verici həddə çatdığını açıqlayıb.
Qeyd edək ki,“Vibrio” bakteriyasının törətdiyi və qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur.
Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.
Nigeriyada təmiz suyun olmaması ilə yanaşı , səmərəsiz tibbi müdaxilə xəstəlik və ölüm riskini artırır.
Ölkədə malyariya, poliomielit, tif qızdırma və meymun çiçəyi virusu kimi epidemiyalara da tez-tez rast gəlinir.
Medianews.az