Adanada yerləşən 10 vilayətdə cinayət təşkilatına qarşı keçirilən əməliyyatda 136 şübhəli haqqında həbs qərarı çıxarılıb.
Medianews.az xəbər verir ki, şübhəlilərin əsasən ‘xəsarət’ və ‘silah və narkotik ticarəti’ olmaqla 71 cinayətdə əli olduğu müəyyən edilib.
Adana mərkəzli İstanbul, Antalya, İzmir, Kocaeli Niğde, Mersin, Kayseri, Diyarbəkir və Kırklarelidə çoxlu sayda ünvana basqın edilib. Eyni vaxtda edilən basqınlarda çoxlu şübhəli nəzarətə alındı. Şübhəlilər dindirilmək üçün polis bölməsinə aparılıb.
Aytac Şahin
Medianews.az