86 yaşlı kişi 11 il əvvəl evləndiyi qadından boşanmaq istəyir.
Medianews.az xəbər verir ki, həmin şəxs Adananın Kozan rayonunda yaşayan Mustafa Göktaşdır.
İllərdir xaricdə işləyən və təqaüdə çıxdıqdan sonra məmləkətinə qayıdan Mustafa Göktaş qonşuları vasitəsilə Nevin adlı qadınla tanış olaraq, evlənib. Qadın isə bir müddət əvvəl başqasının yanına qaçıb. 11 ildir həyat yoldaşı tərəfindən psixoloji zorakılığa məruz qaldığını və 1 milyon TL-yə yaxın pul itirdiyini bildirən Mustafa baba, həyat yoldaşının qohumlarının da illərdir kirayə pulu vermədən evlərində yaşadığını iddia edib.
1 ildən çoxdur ki, boşanmağa çalışan Mustafa bəy buna nail ola bilmədiyini və ölməzdən əvvəl son arzusunun boşanmaq olduğunu göz yaşları içində deyib:
“Bu mənim yeganə arzumdur. 1,5 ildir boşanmağa çalışıram. Başqa kişi ilə yaşayır. Mən sadəcə boşanmaq istəyirəm. Ölməzdən əvvəl istədiyim tək şey budur. Bunu qadınlara qarşı zorakılıq adlandırırlar. Mənim 86 yaşım var, onun getdiyi kişinin 45 yaşı var, bəs bu ədalətlidir? İki dəfə məni öldürməyə gəldi, qapımın arxasına qıfıl bağlamışam. Dövlətdən kömək gözləyirəm”.
Aytac Şahin
Medianews.az