Nigeriyada universitetə silahlı basqın zamanı iki məktəbli qız qaçırılıb.
Medianews.az xarici mətbuata istinadla bildirir ki, Zamfara əyalət polisinin sözçüsü Məhəmməd Şehu bildirib ki, naməlum silahlı şəxslər ştatın Qusau bölgəsindəki Federal Universitetə basqın ediblər.
Şehu basqında 2 universitet tələbəsinin qaçırıldığını qeyd edib.
Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini qeyd edən Şehu tələbələr üçün xilasetmə əməliyyatına başlanıldığını bildirib.
Qeyd edək ki, Nigeriyada adam oğurluğu ölüm cəzası ilə cəzalandırılsa da, adam oğurluğu adi haldır.
Medianews.az