İranda hicab taxmayan şagirdlərə məktəblərdə təhsil verilməyəcək.
Medianews.az xəbər verir ki, İranın Təhsil və Təlim Nazirliyi hicab və onun məktəblərdə istifadəsi ilə bağlı açıqlama yayıb.
Nazirlikdən verilən açıqlamada qaydalara uyğun olaraq hicab taxmayan şagirdlərə məktəblərdə təhsil verilməyəcəyi ilə bağlı xəbərdarlıq edilib:
“Təhsil və təlim anlayışımız tələbələrin şəxsi və sosial inkişaflarını artırmaq üçün sağlam və təhlükəsiz mühitlərdə təhsil almağa üstünlük verir. İranın gələcəyini yaradacaq gənclərimiz İslam təlimləri ilə gələcəyimizi yaratmalıdırlar. Ona görə də geyim tərzinə və hicab qaydalarına əməl etməyən şagirdlərə təhsil verilməyəcək”.
Medianews.az