Türkiyənin yerli və milli avtomobili “Togg” üçün böyük gün gəlib çatdı.
Medianews.az xəbər verir ki, “Togg”-un ilk sifarişi bu gün prezident Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək.
Təqdim etmə mərasimi saat 16:00-da Beştəpə Prezident Kompleksində baş tutacaq.
Elektriklə işləyən “Togg”-un ikincisi Azərbaycan prezidenti İlham Əliyevə veriləcək.
Qeyd edək ki, bu avtomobilin ön sifariş rəqəmləri inanılmaz həddə çatıb. Qısa müddətdə “Togg”-u tələb edənlərin sayı 177 minə qədər yüksəlib.
Aytac Şahin
Medianews.az