Düz burun xəyalı ilə əməliyyat masasına uzanan qadının burun dəlikləri tikilib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Əməliyyatdan sonra arzusunda olduğu buruna sahib olmaq istəyən qadın ayılanda qarşılaşdığı nəticəyə inana bilməyib.
Burun dəliklərinin tikilməsi ilə həyatının şokunu yaşayan Gülşen Emek vəziyyəti düzəltmək üçün eyni yerdə ikinci dəfə əməliyyat olunub. Onun bir burun dəliyi açılıb, digəri isə bağlanıb. Prokurorluğa ifadə verən qadın onu əməliyyat edənin cərrah deyil, qulaq-burun-boğaz həkimi olduğunu biləndə daha bir sarsıntı yaşayıb.
“Show Haber”-ə yaşadıqlarını danışan Gülşen Emek bunları deyib:
“Birinci əməliyyatımda hər iki burnum bağlandı. İkinci əməliyyatda birini açıb, birini bağladılar. Depressiyaya düşürəm, hər gün ağlayıram. Köhnə şəkillərimə baxaraq, indiki vəziyyətimə görəndə deyirəm ki, mən nə etdim. Tək istəyim düz buruna sahib olmaq idi. Həkim isə məni bu hala saldı. 11 min TL istədi, verdim, ertəsi gün əməliyyata girdim. Deşiklərim bağlandı,burnum əyri idi. Dedi ki, “Yox, şiş var”. Görənlər soruşurlar ki, “bu nə vəziyyətdir?” Mən də ağlaya-ağlaya evimə gəlirəm”.
Zərərçəkmiş həm xəstəxanadan, həm də həkimdən şikayətçi olduğunu bildirib.
Aytac Şahin
Medianews.az