Əmisi oğlu ilə əlbir olan şəxs reanimasiyada yatan atasından 10 milyon TL oğurlayıb.
Medianews.az xəbər verir ki, hadisə Kocaelinin Gölcük rayonunda baş verib.
62 yaşlı kişi xəstələnərək 9 gün reanimasiyada qaldıqdan sonra həyatının şokunu yaşayıb.. Xəstəxanadan çıxan kişi bank hesablarında olan 10 milyon TL-nin yoxa çıxdığını öyrənib. O, oğlu və qardaşı oğlunun mobil bankçılıq vasitəsilə parollarını dəyişərək pullarını oğurladığı iddia edib.
Prokurorluğa gedərək cinayət işi açan M.B. “Mən biləndə dünyam dağıldı, yenidən yatağa düşdüm” deyib.
Podratçı işləyən M.B. adlı şəxs 15 gün əvvəl xəstələnərək reanimasiyaya yerləşdirilib. 9 günlük müalicədən sonra evə buraxılan M.B. bank hesablarında olan pulların hamısının boşaldığını anlayıb. 10 milyon TL -nin oğlu tərəfindən doğma qardaşı oğlu F.A.-nın hesabına göndərildiyini öyrənən kişi zəng edərək pulunu istəyib. Oğlundan mənfi cavab aldığını iddia edən M.B prokurorluğa gedərək cinayət işi qaldırıb.
Aytac Şahin
Medianews.az