Ən çox ölüm nisbəti olan xərçəng növlərindən biri olan bağırsaq xərçənginin qarşısının alınması üsulu əslində olduqca sadə ola bilər. Son araşdırmalar zamanı məlum olub ki, sevimli içkilərdən biri gündə iki dəfədən çox içildikdə böyük risk daşıyır və bu növ xərçəngə səbəb olur. Bağırsaq xərçəngi əvvəlcə yoğun bağırsaqda “polip” adlanan xərçəng qabağı böyümə ilə meydana gəlir. Hər zaman xərçəngə çevrilmir, ancaq həkimin məsləhəti ilə xərçəngin qarşısını almaq üçün düzgün həyat tərzi ilə hərəkət etmək lazımdır.
Erkən mərhələlərdə tutulan bağırsaq xərçəngi müalicə edilə bilər və sağlam həyat tərzinə riayət etmək xəstəliyin inkişaf riskini xeyli azalda bilər.
Medianews.az GUT jurnalında nəşr olunan bir araşdırmanı təqdim edir. Araşdırma şəkərlə şirinləşdirilmiş içkilərin bağırsaq xərçəngi ilə yaxından əlaqəli olduğunu ortaya sübut edib.
Yetkinlərin susuzluğunu yatırtmaq üçün hər gün iki və ya daha çox şəkərli içki qəbul etməsi adi haldır. Amma bu içkilər, araşdırma nəticələrinə görə; 50 yaşından əvvəl bağırsaq xərçəngi riskini “ikiqat” artırdığı aşkar edib.
Araşdırma nəticəsində məlum olub ki, meyvə ətirli, idman və enerji içkiləri ciddi təhlükə yaradır. Ancaq digər tədqiqatların bağırsaq xərçəngi riskini azaltmaq üçün söylədikləri də vacib bir məsələdir.
2022-ci ilin noyabrında ekspertlər aşkar etdilər ki , əgər kişisinizsə, sağlam, tərəvəzlə zəngin pəhriz yemək bağırsaq xərçəngi riskinizi beşdə bir azalda bilər.
Xəstəliklərin yarısının daha yaxşı sağlamlıqla qarşısı alına biləcəyini deyən mütəxəssislər tərəvəz və taxılların çox daha sağlam həyat tərzi təqdim edəcəyini qeyd edirlər.
Cənubi Koreyanın Kyung Hee Universitetinin alimləri ən çox meyvə və tərəvəz yeyən kişilərin ən az yeyənlərlə müqayisədə kolorektal xərçəngə tutulma riskinin 22 faiz daha az olduğunu müəyyən ediblər.
Cancer Research UK, bağırsaq xərçəngi hallarının 54 faizinin daha sağlam həyat tərzi ilə qarşısının alına biləcəyini təxmin edir.
2020-ci ildə nəşr olunan başqa bir məqalədə folat, maqnezium və süd məhsullarında yüksək olan qidaların ikinci ən ölümcül xərçəngin qarşısını almağa kömək edə biləcəyi aşkar edib.
Medianews.az