Bazar ertəsi, 29 May 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Yolda məni görüb demişdi ki, adam 100 qram arağa görə elə arvadı boşayar?”

Aytac
01/04/2023 11:19
319
BAXIŞ
FacebookTwitterTelegram

“Hal-hazırda teatrda “Sinif yoldaşları” tamaşasında çıxış edirəm. Hansısa rol arzulamıram, çünki bu rejissordan asılıdır. O vaxtın teatrı, tamaşaları ilə, bu günki dövrün sənət mühiti də, teatrı da fərqlidir. Yadıma gəlir ki, o vaxtı Mehdi Məmmədovun “Dəli yığıncağı”, “İblis”, “Şəhərin yay günləri” və s. tamaşaları səs salırdılar. İnsanlar məmnuniyyətlə gəlib, həqiqətləri eşitmək istəyirdilər. Bu gün hamısı bir rəngdədir. Teatr, kino, televiziya o zaman maraqlı olur ki, eşitmədiyini eşidəsən, görmədiyini görəsən. Seriallarımız da, filmlərimiz də eynidir. Nə qədər məişət mövzuları ola bilər? Filmdə də, serialda da hər şey ola bilər, hər şey baş verə bilər, amma elə gözəl olmalıdır ki, tamaşaçıda ikrah hissi oyatmasın”. 

Qlobal.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Fizuli Hüseynov deyib. 

“”Bəyin oğurlanması” filminə Ceyhun Mirzəyevin sayəsində çəkilmişdim. 1984-cü il idi, universiteti yeni bitirmişdim. Ceyhun müəllim dedi ki, “mən səni çəkmək istəyirəm”. Ona dedim ki, məni indiyə qədər filmlərə çağırırlar, amma çəkmirlər. Dedi ki, “sən çəkiləcəksən”. Mənim roluma Sərxan Sərxan çəkilməli idi. Film musiqili idi, sonra bir az senariyə dəyişiklik edildi” deyə sənətkar bildirib. 

Sənətkar bildirib ki, o vaxt müəllimləri tələbələrinin efirlərə çıxmağına qarşı idi. 

“Baxırsan ki, bir neçə serialda çəkilib, o dəqiqə özünü ulduz kimi aparır. Populyarlıq məsələsi var, buna hər adam dözə bilmir. O vaxt biz universitetdə oxuyanda icazə vermirdilər ki, efirlərə çıxaq. Bəzən verilişlərə dəvət edirdilər, amma müəllimlərimiz qətiyyən icazə vermirdilər. Hətta verilişlərə gedənləri də acılayırdılar. Onlar bunu ona görə edirdilər ki, aktyor kimi yetişməmiş o həddi keçməyəsən, məşhurluqdan başın gicəllənməsin. Mənə elə gəlir ki, düz də edirdilər. İndi buna fikir verən yoxdur, tələbə öz müəllimi ilə serialda çəkilir” deyə aktyor bildirib. 

Tanınmış aktyor tamaşaçılardan saysız-hesabsız məktublar aldığını da bildirib.

“”Yad qızı” televiziya tamaşasından sonra çoxlu məktublar alırdım. O vaxt internet yox idi, texnika inkişaf etməmişdi. Məktubları teatra göndərirdilər, hətta doğulduğum evə də gəlirdi.

Rəhmətlik atam deyirdi ki, “sənin məktublarındır, gəl bax”. Xoş, sevgi dolu sözlər yazırdılar. Hətta bir neçəsini çox bəyənmişdim, saxlamışdım da. Bu peşə ilə bağlı olan bir hadisədir, buna normal yanaşıram. Bizim də bəyəndiyimiz, sevdiyimiz aktyorlar, aktrisalar olub. Bizim peşədə çalışan insanlar bunu gözü qarşısına almalıdırlar. Kimsə səni bəyənə yaxud bəyənməyə bilər. “Yad qızı” televiziya tamaşasında mənfi obraz yaratmışdım. Tənqid edənlər çox idi. Hətta bir şəkili demişdi ki, “adam 100 qram arağa görə elə arvadı boşayar?” (gülür). Bu münasibət bütün aktyorlara qarşı olub. Rəhmətlik Məlik Dadaşov “Fəryad” filmindəki erməni, İsmayıl Osmanlı “Yeddi oğul istərəm” filmindəki Kələntər dayı obrazına görə tamaşaçılar tərəfindən tənqid olunmuşdular. Mənfi obraz oynamaq çox təhlükəlidir. Bizim tamaşaçılar o rollardan çıxış edərək, bizlərə münasibət bəsləyirlər. Bu peşəni seçirsənsə, bunları gözünə almalısan” deyə sənətkar deyib. 

Fizuli Hüseynov bildirib ki, obrazı aktyorda öncə rejissor görməlidir. 

“Heç vaxt mənim istədiyim rol olmayıb, olmayacaq da. Rejissorların bəziləri küsürlər ki, “niyə belə deyirsən, aktyor rejissordan rol istəyər də”. Mən rejissordan iş istəyə bilərəm. Deyə bilmərəm ki, mənə filan rolu ver. O rejissordur, əsəri götürür və düşünür ki, bu rolu kim oynaya bilər?! Rejissor aktyora deməlidir ki, “bir əsər götürmüşəm, səninlə filan rol düşünürəm, bir oxu bax, fikrini de”. O oxuyur, baxır və özünü o rolda görməsə, rejissor onu həmin rolda görür. O zaman mən həmin rejissorla işləyirəm”.

DAHA ÇOX OXU

1-MANŞET

Qadınlar kimdənsə xoşu gəldiyini necə büruzə verir? – Psixoloq SİRLƏRİ AÇIQLADI

29/05/2023 22:07
export

Elman Nəsirov: “Ay “klaviatura qəhrəmanları”, qoyunları özüm yemək üçün kəsmirəm”

29/05/2023 21:55
Dünya

Ukraynadan İrana 50 illik sanksiya

29/05/2023 21:41
Cəmiyyət

Laçın şəhərinin möhtəşəm gecə görüntüsü – VİDEO

29/05/2023 21:28
export

Türkiyədə həbs edilən azərbaycanlı repçi azadlığa çıxdı – VİDEO

29/05/2023 21:14
export

Oktay Kaynarca zəhərləndi

29/05/2023 21:05
SON XƏBƏR

Azərbaycanlı iş adamı QƏTLƏ YETİRİLDİ - DƏHŞƏT

Bəhram Bağırzadəyə DİN-də yüksək vəzifə verilib? – Özü açıqladı

Nazirliyin idarə rəisi döyülüb?

Xəbər lenti

Qadınlar kimdənsə xoşu gəldiyini necə büruzə verir? – Psixoloq SİRLƏRİ AÇIQLADI

29/05/2023 22:07

Taekvondo üzrə dünya çempionatında ilk gün başa çatıb

29/05/2023 22:00

Elman Nəsirov: “Ay “klaviatura qəhrəmanları”, qoyunları özüm yemək üçün kəsmirəm”

29/05/2023 21:55

Ukraynadan İrana 50 illik sanksiya

29/05/2023 21:41

Laçın şəhərinin möhtəşəm gecə görüntüsü – VİDEO

29/05/2023 21:28

Türkiyədə həbs edilən azərbaycanlı repçi azadlığa çıxdı – VİDEO

29/05/2023 21:14

Oktay Kaynarca zəhərləndi

29/05/2023 21:05

“İstəmirəm qızım məşhur olsun”

29/05/2023 21:03

Manekenin üzərindəki paltarı oğurlayan şəxs kameralara yaxalandı – VİDEO

29/05/2023 20:13

Türkiyədə baş verən dəhşətli zəlzələnin YENİ GÖRÜNTÜLƏRİ ortaya çıxdı – VİDEO

29/05/2023 20:05

Düşmənçilik etdiyi şəxsi küçənin ortasında belə güllələdi – ANBAAN VİDEO

29/05/2023 19:50

Gənc müəllimə olan sevgilisini öldürdü, özü isə intihar etdi – TƏFƏRRÜAT

29/05/2023 19:37

SON DƏQİQƏ: Elxan Qasımov vəfat etdi

29/05/2023 19:26

16 yaşlı sevgilisini dəfələrlə bıçaqladı, başını daşla əzdi – DƏHŞƏTLİ QƏTL

29/05/2023 19:25

DƏHŞƏT: Köpək balığı qayıqçını parçaladı

29/05/2023 19:12

Ukraynadan İranla bağlı 50 illik sanksiya qərarı

29/05/2023 18:58

Sərvər Ərdoğanın seçilməsi münasibətilə qurban kəsdi — FOTO

29/05/2023 18:38

Avtobusa minən bu şəxslər PUL ALACAQLAR — VİDEO

29/05/2023 18:18

Bakıda qan donduran OLAY: Oğul atasını döydü, qardaşı isə lentə aldı — VİDEO

29/05/2023 17:48

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi – Soyuqlar başlayır

29/05/2023 17:28

Altı erməni hərbçi ilə əlaqə kəsildi — Sərhəddə nə baş verir?

29/05/2023 17:18

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olundu

29/05/2023 17:11

Prezident və xanımı dünya çempionatının açılış mərasimində – Canlı

29/05/2023 17:08

Moskvada “bomba” həyəcanı – Yenilənib

29/05/2023 17:00

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.