Medianews.az -ın da media dəstəyi göstərdiyi Azərbaycanın ilk qorxu filmi olan “Xənnas” 6 apreldən etibarən ölkənin bütün kinoteatrlarında yenidən yayıma başlayır.
2017-ci ildə “Azərbaycanda ən yaxşı kinoteatr filmi” mükafatına layiq görülən “Xənnas”, mötəbər beynəlxalq festivallarda Azərbaycanı təmsil etmişdir.
“Xənnas”ın ölkəmizdə birinci təqdimatı 2017-ci il 4 may tarixində olub. İlk yayım günlərindən geniş izləyici kütləsi toplayan ekran işi 6 il keçməsinə baxmayaraq, yüzlərlə tamaşaçının yenidən izləmək istədiyi film olduğu üçün, bir daha bütün ölkə kinoteatrları öz ekranlarını “Xənnas”a ayırdı.
Qeyd edək ki, film qorxu janrında olsa da, dini motivlər əsasında çəkilmiş və yüksən mənəvi dəyərlərin təbliğindən bəhs edən bir ekran əsəridir.