Sivasın Divriği rayonunda dəhşətli hadisə baş verib.
Medianews.az xəbər verir ki, Anadolunun ən hündür şüşəli terrasına çıxan şəxs oradan özünü ataraq intihar edib.
243 metr hündürlükdən yerə çırpılan gənc hadisə yerində dünyasını dəyişib.
Çağırış üzrə əraziyə xilasetmə qrupları cəlb olunub.
Onlar intihar edən şəxsin cansız bədənini təxminən 9 saatdan sonra qayalıqlardan çıxara bilib.
Aytac Şahin
Medianews.az